Rusiya Prezidenti Vladimir Putin yanvarın 7-də Milad kilsəsi mərasimində iştirak edəcək.
Elchi.az “Vesti.ru”-ya istinadən xbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
“O, ənənəvi olaraq Milad bayramında ibadət mərasimində iştirak edir və bu il də belə olacaq”, – deyə Peskov Prezidentin planları ilə bağlı sualı cavablandırıb.
Putin adətən böyük pravoslav bayramları zamanı mərasimlərdə iştirak edir. Pasxa bayramında o, adətən Xilaskar Məsihin Katedralinə gəlir və Miladda paytaxt bölgəsindən kənara çıxır.





