"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək tandem

28 İyul 2016 - 08:49
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək tandem

Qərb Türkiyə və Rusiyanı qədər ortaqlarına çevirir; gözlər Ərdoğanda, nəzərlər Peterburqda; Ankaranın qərarı nə olacaq?..

Ərdoğan-Putin təması “Su 24″ insidentinə görə iki ölkə arasında qırılmış əlaqələrin bərpasından sonraya təsadüf edən ilk görüş kimi də diqqətdədir. Ola bilsin, həmin görüş çərçivəsində hansısa sənəd, protokol, anlaşma imzalanmasın. Ancaq elə bir ortaq bəyanat verilsin ki, bu, doğrudan da Cənubi Qafqaz daxil, böyük bir regionun taleyinə təsir eləsin. Yəni Peterburq danışıqları hansısa böyük mərhələnin başlanğıcı kimi də tarixə düşə bilər.    
Belə bir gözlənti üçün indi heç vaxt olmadığı qədər ciddi əsaslar var. Məsələ ondadır ki, hazırda həm Rusiya, həm də Türkiyə – daha çox da təbii ki, Rusiya – Qərbdən, ABŞ-dan küskün və təcrid durumdadır. Qardaş ölkədəki son hərbi çevriliş cəhdində ABŞ-ın “barmaq izi”nin tapılması, Avropa Birliyinin qiyam məsələsinə laqeydliyi, Moskvanın isə dərhal həssas davranaraq Ankaraya dəstək nümayiş etdirməsi, Putinin Ərdoğana zənd edərək onu müdafiə eləməsi Türkiyəni Rusiyaya daha da yaxınlaşdırıb; iki ölkəni faktiki şəkildə və heç vaxt olmadığı qədər tale ortaqlarına çevirib. 9 avqust danışıqlarının ən mühüm özəlliyi də budur.
***
Bəs iki lider zamanın diktə elədiyi şərtləri nə dərəcədə ciddiyə alıb da irəliyə birgə addımlar ata biləcəklər? Bunu yəqin ki, zaman göstərəcək. Çünki yaxınlıq üçün əsas və zəmin güclü olsa da, ziddiyyətli mövzular da yox deyil. Söhbət ilk növbədə Suriya və PKK məsələlərinə fərqli münasibətdən gedir. Bəllidir ki, ki, bu məsələlərdə, məxsusən də Bəşər Əsədə münasibətdə Moskva və Ankara yetərincə fərqli baxışlara malikdir.
 
Əksər ekspertlər də Suriya mövzusunda nə dərəcədə anlaşma əldə olunacağının görüşün yekununa böyük təsir göstərəcəyi qənaətindədir.
“Türkiyə və Rusiya prezidentlərinin görüşündə Putin ilk növbədə Ərdoğandan Əsədi devirməyə dəstək verməməyi istəyəcək”. Bu sözləri siyasi şərhçi İlqar Vəlizadə axar.az-a açıqlamasında deyib. Politoloq Moskva və Ankaranın Suriya ilə bağlı siyasətində mühüm gedişlərə imza atılacağını və tərəflərin bundan sonra ortaq şərtlər qarşılığında hərəkət edəcəyini güman edir.
“Son gedişatlar və Türkiyənin Rusiya ilə barışması fonunda Moskvanın Ankaraya yeni şərtləri olacaq. Türkiyə və Rusiya prezidentlərinin görüşündə çox ciddi hadisələr baş verəcək. Rusiya Türkiyəni ilk növbədə Suriyadakı mövcud rejimə qarşı konkret addımlar atmamağa və Əsədin devrilməsi ilə bağlı planlara dəstək verməməyə dəvət edəcək. Əlbəttə ki, Türkiyənin də Suriyada öz maraqları var. Əgər 2-3 il öncə Əsədi devirmək əsas tələb idisə, indi vəziyyət bir qədər dəyişib. Ankara da öz növbəsində Suriyadakı kürd birləşmələrini neytrallaşdırmaq üçün Moskvanın PYD-yə dəstəyi dayandırmasını əsas şərt kimi qoyacaq. Hər iki ölkənin Suriyada siyasəti bundan sonra qarşılıqlı şərtlər əsasında reallaşacaq” – ekspert qeyd edib.
***
“Bir sıra hadisələr hazırda Rusiya və Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişafına təkan verir”. Bunu isə politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Rusiya və Türkiyə liderləri avqust görüşündə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərini təyin edəcəklər: “Liderlərin görüşündə birmənalı şəkildə iki ölkə arasında strateji tərəfdaşlığın formatı əsas müzakirə predmeti olacaq. Hazırda baş verən bir sıra siyasi proseslər Moskva və Ankaranı daha sıx əlaqələr qurmağa vadar edir.
Qərbin Türkiyəyə qarşı sərgilədiyi mənfi baxışlar, eyni zamanda Avropa paytaxtlarından Türkiyənin ünvanına səsləndirilən tənqidi bəyanatlar fonunda Moskva və Ankara daha da yaxınlaşacaq. Bu isə regionda müəyyən mənada stabilliyin güclənməsinə səbəb ola bilər”.
Ekspert sözügedən siyasi amilin və yaranmış zəminin Qarabağ məsələsinə təsirlərindən də söz açıb: “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hazırda birmənalı fikir söyləmək çətin olsa da, hər halda, Rusiya son zamanlar Azərbaycana qarşı müəyyən mülayim mövqe nümayiş etdirir. Türkiyə isə müttəfiqimizdir. Bu iki gücün daha sıx əlaqələri Qarabağ məsələsində müsbət amilə çevrilə bilər”.
***
Deməli, görüşün nəticələri işğalçı Ermənistandakı daxili ictimai-siyasi duruma, Sərkisyan rejiminin siyasi aqibətinə də təsirsiz ötüşməyəcək. Bu yerdə yada salaq ki, Moskva və Ankara arasında türk-erməni sərhədinin açılması məsələsinin də diqqətdə olacağı barədə məlumatlar yayılıb. Sərhədlər isə Qarabağ konfliktinin həllində real irəliləyiş olacağı təqdirdə mümkündür. Hər halda, Ərdoğan hökumətinin bu günə prinsipial mövqeyi bundan ibarətdir.
Beləliklə, Sankt-Peterburqda baş tutacaq Ərdoğan-Putin görüşü diktator Bəşər Əsəddən tutmuş, Dağlıq Qarabağ və Sərkisyanın aqibətinədək bir çox aktual mövzulara aydınlıq gətirə, satellit prezidentlərin taleyinə işıq sala bilər.   
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə “Petkim” şirkətinin baş direktoru saxlanılıb

Next Post

Dənizkənarı hasarlar, villalar söküləcək – siyahı hazırdır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dənizkənarı hasarlar, villalar söküləcək - siyahı hazırdır

İran: Azərbaycan qardaş dövlətdir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.