Türkiyə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın arasında baş tutan söhbətin məzmunu ilə bağlı Qərb ölkələrini məlumatlandırıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.
Qəzetin yazdığına görə, siyasətçilər Ukraynadakı münaqişəni və onun həlli imkanlarını müzakirə ediblər. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi qeyd edib ki, Ankara Moskva ilə Kiyev arasında danışıqlar prosesinə kömək etməyə hazırdır.
Havar Şəfiyeva






