
Prezident Vladimir Putin 63 əcnəbiyə Rusiya vətəndaşlığının verilməsi ilə bağlı sərəncam imzalayıb.
Elchi.az qafqazinfo-ya istinadən xəbər verir ki, sərəncama əsasən, vətəndaşlıq alanlardan 10-u Özbəkistan, yeddisi Ukrayna, 6-sı Ermənistan və Tacikistan, beşi Əfqanıstan, Belarus, Azərbaycan və Moldova, üçü Vyetnam, ikisi Qazaxıstan, biri isə İsrail, Çin, Serbiya, Livan və Qırğızıstan vətəndaşlarıdır.






