Putin bəzi səfirləri, o cümlədən Rusiyada vəzifəyə başlayan ABŞ və Avropa İttifaqının (Aİ) səfirlərini etimadnamələrini qəbul etmək üçün onları Kreml Sarayında qəbul edib.
Elchi.az xəbər verir ki, sarayda çıxış edən Putin dünyada vəziyyətin sadə olmadığını diqqətə çatdırıb:
“Bir çox ziddiyyətlər yığılıb ki, onlar bəzən həll olunmaz görünür və çox vaxt dövlətlərin səmərəli qarşılıqlı fəaliyyətinə mane olur”.
Rusiyanın ölkələrlə konstruktiv əməkdaşlığa açıq olduğunu deyən Putin heç kimdən təcrid olmaq istəmədiklərini, tərəfdaşların ölkələri ilə bərabərlik və qarşılıqlı maraq prinsipləri əsasında əlaqələr qurmaq istədiklərini bildirib.
“Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində təxribatın ötən il həyata keçirildiyinə diqqət çəkən Putin, Danimarkanın insidentlə bağlı məsələləri ortaya çıxaracaq müstəqil beynəlxalq komissiya yaradılması təklifini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Rusiya ilə Norveç arasındakı münasibətlərə toxunan Putin bu əlaqələrin aşağı səviyyədə olduğunu söyləyib:
“Mühüm beynəlxalq və regional məsələlər, o cümlədən hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən Arktika üzrə əməkdaşlıq dondurulub. Bütün bunları iki xalqın maraqlarına cavab verdiyini söyləmək olmaz”, -deyə Rusiya prezidenti bildirib.
ABŞ ilə münasibətləri dəyərləndirən Putin deyib:
“Təəssüf ki, qlobal təhlükəsizliyin və sabitliyin birbaşa asılı olduğu Rusiya-ABŞ münasibətləri dərin böhrandan keçir. Bu, ona görədir ki, müasir dünya düzəninin formalaşmasına yanaşmalar kökündən fərqlidir. Rəngli inqilabları dəstəkləmək üçün vasitələrdən istifadə edilir. ABŞ-ın xarici siyasətində bu çərçivədə 2014-cü ildə Kiyevdə Rusiyada inqilaba dəstək son nəticədə hazırkı Ukrayna böhranına gətirib çıxardı və Rusiya-Amerika münasibətlərinin pisləşməsinə mənfi təsir etdi. Bununla belə, biz həmişə münasibətlərin qurulmasının tərəfdarı olmuşuq ki, ABŞ ilə bərabərlik, suverenlik və bir-birinin maraqlarına hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə uyğun olaraq əlaqələr olsun.
Ölkəsinin Aİ ilə əlaqələrinin son illərdə böyük ölçüdə pisləşdiyinə diqqət çəkən Putin, Aİ-nin Avropa qitəsində iqtisadi əməkdaşlığı inkişaf etdirmək əvəzinə Rusiya ilə geosiyasi münaqişəyə başladığını vurğulayıb.
Putin çıxışının sonunda səfirlərə vəzifələrində uğurlar arzulayıb.
Yeganə





