Kiyevə uzaqmənzilli “ATACMS” raketlərinin tədarükü ABŞ-ın növbəti səhvidir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Bu mənada Ukrayna üçün yaxşı heç nə yoxdur. Bu, sadəcə olaraq münaqişənin müddətini uzadır”, – deyə Rusiya lideri qeyd edib.
Rusiya prezidentinin sözlərinə görə, Ukraynaya uzaqmənzilli raketlərin tədarükü Vaşinqtonu getdikcə daha çox münaqişəyə cəlb edir. O əlavə edib ki, “ATACMS”-in Kiyevə ötürülməsi Ukraynaya ziyan vurur və əlavə təhlükə yaradır, lakin Rusiya bu cür hücumları dəf edə biləcək.
Havar Şəfiyeva






