“Kiyev rejimi və onun qərbli ağaları rusların hər şeyini məhv etməyə çalışırlar, lakin belə siyasətin gələcəyi yoxdur”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bu gün hökumət üzvləri ilə görüşündə deyib.
Putin həmçinin yeni ərazilərin kitabxana fondlarını rus və xarici klassiklərin kitabları ilə doldurmağı təklif edib. Onun sözlərinə görə, bu məqsədlə 2,5 milyon nüsxə alınacaq.
Bundan əlavə, prezident administrasiyasına yeni regionlarda təhsil proseslərinə vəsaitlərin xərclənməsinin səmərəliliyi ilə bağlı vəziyyəti nəzarətə götürmək tapşırılıb.
Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsov öz növbəsində yeni regionlara 7,5 milyon dərslik və tədris ədəbiyyatının göndərildiyini bildirib. Onun sözlərinə görə, bütün məktəblər onlarla tam təmin olunub.
Qeyd edək ki, bu gün səhər saatlarında Kremldə Vladimir Putin xüsusi hərbi əməliyyatın qəhrəmanlarını mükafatlandırıb. Görüş “Rossiya 24” telekanalı və “Smotrim” media platforması tərəfindən yayımlanıb.
Yeganə






