Rusiya prezidenti Vladimir Putin Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilinlə görüşündə deyib ki, rus qoşunlarının vəzifəsi Ukrayna silahlı qüvvələrini elə bir məsafəyə geri çəkməkdir ki, onlar bunu bacarmayacaqlar.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Putin əlavə edib ki, həm də elə şərait yaratmaq lazımdır ki, heç bir atəş olmasın. Prezidentin sözlərinə görə, atışmaların sayını azaltmağa çalışmaq lazımdır.
“Bizim vəzifəmiz, əlbəttə ki, onları elə bir məsafəyə geri itələməkdir ki, bizə zərər verə bilməyəcəklər.
Bütün hərbi birləşmələrimizin, Müdafiə Nazirliyinin, könüllülərin vəzifəsi, ümumiyyətlə, atəşə tutulmamasını təmin etməkdir”, – deyə Rusiya prezidenti vurğulayıb.
Yeganə





