Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə Kerç boğazı və Azov dənizindən istifadə sahəsində əməkdaşlığa dair razılaşmanı pisləyib.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, o, müvafiq qanunu imzalayıb, sənəd hüquqi informasiya saytında dərc olunub.
Putin qanun layihəsini mayın 24-də Dövlət Dumasına təqdim edib.
Qeyd edək ki, saziş 2003-cü il dekabrın 24-də imzalanıb. Xüsusilə, Rusiya və Ukrayna bayraqları altında üzən ticarət və hərbi gəmilərin Azov dənizi və Kerç boğazında üzmə azadlığından istifadə etdiyi bildirilib.
Yeganə






