Prosesin sülh yolu ilə getməsi üçün hər şeyi edəcəyik.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Qarabağ ətrafındakı vəziyyətdən danışan Rusiya liderinin sözlərinə görə, artıq ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müəyyən razılaşma var.
Mübahisələrin olduğunu vurğulayan Rusiya dövlət başçısı prosesin dinc yolla getməsi üçün hər şeyi edəcəklərini qeyd edib.
“İstənilən halda təkcə orada yaşayan bütün insanların təhlükəsizliyinin təminatı baxımından deyil, həm də iqtisadi-ticarət əlaqələrini inkişafı, nəqliyyat əlaqələrinin açılması baxımından da müəyyən razılaşmalar var. Bilirəm ki, mübahisəli məqamlar var, üzərində işləniləsi məsələlər var. Amma biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu proses sülh vasitəsilə, sülh yolu ilə inkişaf etsin. Və həmçinin, prosesə qoşulan bütün tərəflərin razı qalmasına çalışacağıq”, – Putin vurğulayıb.
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...






