Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinin tarixləri müəyyən edilib. Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Elchi.az bu barədə TASS-a istinadən yazır.
Kreml nümayəndəsi həmçinin əlavə edib ki, prezidentin səfəri barədə vaxtında məlumat veriləcək.
Əvvəllər məlum olub ki, Vladimir Putin Çin sədri Si Cinpinin Çinə səfər dəvətini qəbul edib. Rusiya liderinin səfəri oktyabrda baş tutacaq. O, eyni zamanda “Bir kəmər, bir yol” forumunda iştirak edəcək.
Havar Şəfiyeva




