Elchi.az xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin və Çinin müdafiə naziri Li Şanfu iki ölkə arasında hərbi sahədə əməkdaşlığı müzakirə ediblər.
Kremldən verilən yazılı açıqlamada Putinin nazir Lini paytaxt Moskvada qəbul etdiyi bildirilib.
Bəyanatda Putin Rusiya və Çin arasında hərbi sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
“Biz hərbi hissələrimiz vasitəsilə səmərəli işləyirik, müntəzəm olaraq faydalı məlumatlar mübadiləsi aparırıq, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik və birgə təlimlər keçiririk”, – deyə Putin bildirib.
Sözügedən təlimlərin Uzaq Şərq və Avropada quru, dəniz və hava qüvvələrinin iştirakı ilə keçirildiyinə diqqət çəkən Putin, “Şübhəsiz ki, bu, yüksək səviyyəyə əsaslanan əlaqələrimizin strateji xarakterini gücləndirən digər mühüm sahədir.
Görüş zamanı Li iki ölkə arasında hərbi sahədə əməkdaşlığın artmaqda davam etdiyini bildirib.
“Rusiya və Çin arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq son zamanlar çox yaxşı inkişaf edir. Bu, qlobal və regional təhlükəsizliyə böyük töhfə verir”, – Çinin müdafiə naziri bildirib.
Nuranə Məmmədova




