Bu gün Rusiyada Diplomatik İşçi Günü qeyd edilir. Bu münasibətlə ölkə prezidenti Vladimir Putin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin əməkdaşlarını və veteranlarını təbrik edib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Putin Qərb ölkələrinin Rusiyanı təcrid etmək planlarının pozulmasında diplomatların xüsusi rolunu qeyd edib.
“Əsasən sizin səyləriniz sayəsində artıq nəinki Qərbin ölkəmizi təcrid etmək planlarını pozmaq, həm də dünya birliyinin əksər üzvləri – Avrasiya məkanı dövlətləri ilə əməkdaşlığı intensivləşdirmək mümkün olub”, – deyə Putinin təbrik teleqramında deyilir.
Putin həmçinin qeyd edib ki, Rusiyaya qarşı hibrid müharibə şəraitində ölkənin suverenliyini və milli təhlükəsizliyini qorumaq üçün diplomatiyadan səmərəli istifadə etmək vacibdir.
Yeganə






