Rusiya Prezidenti Vladimir Putin Serbiya Bosniya və Herseqovina Respublikasının Prezidenti Milorad Dodiki Aleksandr Nevski ordeni ilə təltif edib. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının fərmanında deyilir.
Sənəddə deyilir: “Rusiya Federasiyası ilə Bosniya və Herseqovina arasında əməkdaşlığın inkişafına, Serb Respublikası ilə tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Dodik Miloradı Aleksandr Nevski ordeni ilə təltif edin”. Dodik qeyd edib ki, ölkəsi Moskvaya qarşı mövqeyinə görə böyük təzyiq altındadır.
Mayın 23-də Putin Moskvada Dodiklə görüşüb. Liderlər ikitərəfli gündəliyin mühüm məsələlərini müzakirə ediblər. Serb Respublikası Prezidenti daha sonra qeyd edib ki, onun Rusiyaya səfəri dostluq münasibətlərinin qorunması baxımından çox uğurlu olub”.
Havar Şəfiyeva





