Mayın 23-də Rusiya prezidenti Vladimir Putin Srepska və Herseqovina Respublikasının Prezidenti Milorad Dodiklə görüşəcək. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, iki prezdentin görüşünü Rusiya liderinin mətbuat katibi və Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov təsdiqləyib.
Dodik bildirib ki, mayın 23-də o, Putinlə iqtisadi layihələr, eləcə də mühüm geosiyasi məsələlər haqqında danışmağı planlaşdırır.
Qeyd edək ki, yanvarın 8-də Dodik Putini Serb Respublikası ordeni ilə təltif edib.
Havar Şəfiyeva






