Dünyada qeyri-sabit siyasi vəziyyət səbəbindən geosiyasi ziddiyyətlər artıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının virtual sammitində bildirib.
“Beynəlxalq təhlükəsizlik sisteminin deqradasiyası davam edir. İnkişaf etmiş ölkələrdə borcların nəzarətsiz yığılması, bütün dünyada sosial təbəqələşmə və yoxsulluğun artması, ərzaq və ekoloji təhlükəsizliyin pisləşməsi fonunda yeni qlobal iqtisadi və maliyyə böhranı riskləri artır”, – deyə Rusiya prezdenti etiraf edib.
Havar Şəfiyeva




