Rusiya prezidenti Vladimir Putin paytaxt Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.
Elchi.az xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin və Bin Salman arasında görüş Ər-Riyaddakı Yamama sarayında başlayıb.
Görüşün əvvəlində etdiyi çıxışda Sovet İttifaqının Səudiyyə Ərəbistanını tanıyan ilk ölkələrdən biri olduğunu xatırladan Putin, “Bu, təxminən yüz il əvvəl olub. Bu müddət ərzində əlaqələrimizdə çox şey olub. Lakin , son 7 ildə əlaqələrimiz keyfiyyətcə yüksəlib və görünməmiş səviyyəyə çatıb”.“Siyasət və iqtisadiyyat sahələrində çox yaxşı və sabit münasibətlərimiz var”- qiymətləndirməsini edib.
Görüşün əhəmiyyətinə işarə edən Putin bu görüşün bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq imkanı yaratdığını bildirib.
Nuranə Məmmədova






