Rusiya lideri qeyd edib ki, hazırda Rusiya Federasiyasında inflyasiya “müəyyən hədlər daxilində saxlanılır”
Elchi.az xəbər verir ki, Rusiyada inflyasiya azalır, lakin qiymətlərə nəzarət indi xüsusi əhəmiyyət kəsb edir, Rusiya prezidenti Vladimir Putin Federal Antiinhisar Xidmətinin (FAX) rəhbəri Maksim Şaskolski ilə görüşündə deyib.
“İndi biz inflyasiyanı müəyyən həddə saxlayırıq, azalır, azalma tendensiyası var”, – dövlət başçısı qeyd edib.
O, həmçinin əlavə edib ki, “Federal Antiinhisar Xidmətinin bir çox vəzifələri var və onlardan biri qiymətə nəzarətdir”.
Bundan əvvəl Vladimir Putin aviabiletlərin qiymətinin məhdudlaşdırılması barədə göstəriş vermişdi. Prezident həmçinin vəd edib ki, ləğv edilən reyslərə görə pullar geri qaytarılacaq.
Həmçinin daha əvvəl Rusiya lideri Rusiyada inflyasiya ilə bağlı vəziyyətin nəzarət altına alındığını, 2022-ci il may ayının ikinci yarısından qiymət artımının dayandığını və indi inflyasiyanın sıfıra bərabər olduğunu, ancaq vəziyyəti izləmək lazım olduğunu söylədi.
Xatırladaq ki, 2022-ci ildə Rusiyada inflyasiya aprel ayında pik həddinə çatıb, o zaman bu göstərici Rosstat-a görə illik ifadədə 17,83% təşkil edib. İqtisadi İnkişaf Nazirliyinin son məlumatlarına görə, ötən il dekabrın 26-na ölkədə inflyasiyanın səviyyəsi 12,19%-ə qədər azalıb.
Şayəstə




