“Rusiya prezidenti Vladimir Putin bu il Hindistanda keçiriləcək G20 sammitinə getməyəcək. Üstəlik, onun ən azı uzaqdan orada iştirak edib-etməyəcəyi hələ aydın deyil”.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
O, bildirib ki, indi Rusiya prezidentinin çox gərgin qrafiki, bir çox mühüm daxili tədbirləri var.
“İndi əsas diqqət NVO-dadır”,-deyə Peskov bildirib.
Peskovun sözlərinə görə, Rusiyanı sammitdə kimin təmsil edəcəyi və Putinin iştirak formatı hələlik dəqiqləşdirilir.
Yeganə





