Rusiya prezidenti Vladimir Putinin imzaladığı yeni fərmana əsasən, Rusiya ordusunda hərbi personalın sayı 15 faiz artırılaraq 2 milyon 209 min 130 nəfərə çatdırılacaq.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsində ağır itki verən Rusiya ordusunda əsgərlərin sayının artırılması ilə bağlı yeni fərman imzalayıb.
Kremlin İnformasiya Portalında dərc olunan və 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək fərmana əsasən, Rusiya ordusunda hərbi qulluqçuların sayı 15 faiz artırılacaq. Gələn il Rusiya ordusunda hərbçilərin sayı təxminən 170 min artaraq 2 milyon 39 min 758-dən 2 milyon 209 min 130-a çatdırılacaq. Fərmanda həmçinin Rusiya ordusunda şəxsi heyətin artırılmasının müqaviləli əsgərlər və şəxsi heyətdən ibarət olacağı bildirilib və Ukrayna müharibəsi üçün ölkədə yeni səfərbərlik qərarına ehtiyac olmadığı da vurğulanıb.
Nuranə Məmmədova





