Ötən gecə Rusiya prezidenti Vladimir Putinin infarkt keçirdiyi və ürəyinin dayandığı iddia edilib.
Elchi.az xəbər verir ki, Putinin son görüşlərində onun “tutqun”unun iştirak etdiyi də iddia edilib. İddialarla bağlı Kremldən son dəqiqə açıqlaması gəlib.
Rusiyada Telegram-da yayımlanan və Kremldən aldığı xəbərlə adından söz etdirən müxalif nəşr olan General SVR bazar günü axşam saatlarında Rusiya prezidenti Vladimir Putinin infarkt keçirdiyini iddia edib. İddialara görə, həkimlər Putinin dayanmış ürəyini sürətli müdaxilə ilə yenidən işə salıblar və Rusiya lideri iqamətgahda tibbi avadanlıqların olduğu xüsusi otağa aparılıb.
General SVR bəyan edib ki, Putinin infarkt keçirməsi Rusiya liderinin yaxın ətrafını ciddi şəkildə narahat edib; O, Putinin ölümü ilə bağlı atılacaq addımlarla bağlı dünən görüş olduğunu da iddia edib. General SVR həmçinin iddia edib ki, Putinin son görüşlərində onun “dublyoru” iştirak edib.
Şayəstə Hüseynova






