Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunun iştirakçılarına müraciət göndərib.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ötən müddət ərzində Rusiya və Ermənistanın müxtəlif sahələrdə konstruktiv əməkdaşlıqda geniş təcrübə toplayıb, ikitərəfli əlaqələrin yüksək müttəfiqlik səviyyəsinə çatdırılması vacibdir”, – Putin bildirib.
Qeyd edək ki, Rusiya nümayəndə heyəti artıq Rusiya-Ermənistan Regionlararası Forumunun keçiriləcəyi İrəvana gəlib. Nümayəndə heyətinə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk rəhbərlik edir.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...





