Rusiya prezidenti Vladimir Putin İranın müdafiə naziri Hüseyn Dehqanı ilə görüşüb.
TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov “Bəli, belə bir görüş baş tutub”, – deyə Putinin Hüseyn Dehqanı ilə görüşdüyünü təsdiqləyib.
O, görüşdə hansı məsələlərin müzakirə olduğunu, ümumilikdə görüşün detallarını açıqlamayıb.




