Bu hücumun məqsədi iki ölkənin qət etdiyi yolu yox etməkdir.
Axar.az xəbər verir ki, bunu Moskvada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, səfirə sui-qəsd təşkil edənlər mütləq cəzalandırılacaq:
“Rusiya və Türkiyə bunun fərqindədir və buna əsla izn verməyəcəyik. Bu alçaq terror hücumunun arxasında olanları ifşa etməliyik. Bunu da birlikdə edəcəyik. Cənab Putinin təklifini Prezident Ərdoğan tərəddüdsüz qəbul etdi və mütəxəssislər Türkiyəyə getdi. Bu hücumun hesabını verəcəklər”.
Qeyd edək ki, Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün paytaxt Ankarada qətlə yetirilib.




