Rusiya prezidenti Vladimir Putin bildirib ki, qurulmuş maliyyə sistemi hazırda yalnız “qızıl milyard”ın maraqlarına xidmət edir.
Elchi.az xəbər verir ki, Vladimir Putin bu barədə Rusiya-Latın Amerikası konfransındakı çıxışında deyib.
Prezident əlavə edib ki, bu ölkələr öz texnoloji, informasiya və maliyyə vəziyyətlərindən sui-istifadə edərək beynəlxalq qurumları elə qururlar ki, yalnız öz ehtiyaclarını təmin etsinlər.
Putin vurğulayıb ki, Qərbin qurduğu qaydalar inkişaf etməkdə olan ölkələr üçün kredit öhdəliklərini “icarə və təzminat”a çevirib, ona görə də beynəlxalq maliyyə sisteminin təcili olaraq dəyişikliklərə ehtiyacı var.
Nuranə Məmmədova





