Rusiya prezidenti Vladimir Putin aradakı gərginliyə baxmayaraq ABŞ prezidenti Barak Obamanı Yeni il münasibətilə təbrik edib. Musavat.com-un məlumatına görə, bu barədə Kremlin saytında yerləşdirilən xəbərdə deyilir.Təbrikdə Putin Amerika liderinə beynəlxalq sülhün və təhlükəsizliyini qorunmasında Rusiya və ABŞ-ın məsuliyyətini xatırladıb. “Prezident bu tarixi dönəmdə qlobal təhdid və hədələrə qarşı çıxış eləməkdə iki ölkənin xüsusi rolu olduğunu qeyd edib. Vurğulayıb ki, Rusiya-Amerika tərəfdaşlığı bərabərlik və qarşılıqlı hörmət əsasında uğurla inkişaf edə bilərdi”, – təbrik teleqramında deyilir.
Rusiya prezidenti Almaniya kansleri Angela Merkeli, Çin lideri Si Tsinpini və Yaponiya baş naziri Sindzo Abeni də təbrik edib.



