Rusiya prezidenti Vladimir Putin Soçidə gənc alimlərlə görüşündə özü haqqında lətifə danışıb.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Məlumdur ki, Rusiya lideri Leninqrad Universitetinin hüquq fakültəsini bitirib.
“İki hüquqşünas olan yerdə ən azı üç rəy olur. Bəzi vəkillər haqqında bilirsiniz nə deyirlər? Əgər vəkildən saatın neçə olduğunu soruşsanız, o, saatınıza baxacaq və sizə saatın neçə olduğunu deyəcək, amma bunun üçün saatınızı götürəcək”, – deyə prezident bildirib.
Putin zarafatla vurğulayıb: “Hüquqşünaslarımız istisnasız olaraq bütün sahələrdə mütəxəssisdir. Onlar ən yaxşı mütəxəssislərdir”.
Xatırladaq ki, Putin 1975-ci ildə hüquq fakültəsini bitirib. O, beynəlxalq hüquq üzrə sertifikatlı mütəxəssisdir
Yeganə






