Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana ad günü münasibətilə təbrik məktubu göndərib.
Elchi.az New.am-a istinadən xəbər verir ki, sözügedən məktuba deyilir:
“Hörmətli Nikol Paşinyan.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Aramızda qurulan konstruktiv dialoqu yüksək qiymətləndirirəm. Çətin beynəlxalq vəziyyətə baxmayaraq, Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətlərinin uğurla inkişaf etməsi vacibdir.
Ümid varam ki, biz ikitərəfli və regional gündəliyin aktual məsələləri üzrə sizinlə birgə işi davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram”.
Yeganə






