Putin bildirib ki, Ukrayna Sovet istehsalı olan silahlar alır.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin NATO ölkələrinin resurslarının tükənmək ərəfəsində olmadığını bildirib.
Rusiya lideri vurğulayıb ki, “Ukrayna Varşava Müqaviləsi ölkələrindən Sovet istehsalı olan silahlar alır. Orada isə hər şey tükənməyə yaxındır. Biz çox şeyi nokaut etmişik. Bu texnika isə tükənməyə yaxındır”.
Prezident qeyd edib ki, “bu o demək deyil ki, NATO ölkələrinin başqa texnikası yoxdur. Xeyr, onlar var. Söhbət ondan gedir ki, yeni silah sistemləri – kadr hazırlamaq lazımdır, ehtiyat hissələrinin ehtiyatı, təmiri olmalıdır. Bu, böyük sualdır və asan deyil.İkincisi – Qərb müdafiə sənayesinin özünün imkanları.ABŞ-da bu, böyükdür.Amma orada da o qədər də sadə deyil -bu hesaba pul ayırmaq lazımdır.Bu da büdcə prosesi çərçivəsində resursların ayrılması məsələsi.Bu o qədər də sadə deyil.
Putin deyib ki, “bəli, deyirlər ki, Patriotlar çatdıra bilər. Biz də Patriotların üzərinə basacağıq”.
Şayəstə





