“Polşa NATO-nun nəzdində koalisiya yaratmaq və Ukraynadakı münaqişəyə müdaxilə etmək istəyir” deyən Rusiya prezidenti Putin və Polşaya xəbərdarlıq edib. “Polşanın qərbi Stalinin ölkəyə hədiyyəsidir, Polşa bunu unudub. Biz bunu onlara xatırladacağıq”, – Putin bildirib.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası ilə Ukraynada davam edən müharibə ilə bağlı onlayn iclas keçirib.
Polşanın Ukraynaya qoşun yeritməyi planlaşdırdığına dair xəbərləri gördüyünü qeyd edən Putin, “Polşa liderlərinə gəlincə, onlar yəqin ki, NATO çətiri altında koalisiya qurmağı, sonra da özlərinə böyük bir parça qoparmağı planlaşdırırlar. İnanclarına görə, onlar öz tarixi torpaqlarını, yəni indiki Qərbi Ukraynanı geri qaytarmaq üçün Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi gözləyirlər. Məlumdur ki, onlar da Belarus torpaqlarını arzulayırlar”. qiymətləndirməsini edib.
Şayəstə Hüseynova





