"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putin prezident olmaq yox, biznes qurub xaricə köçmək istəyirmiş

08 Avqust 2015 - 17:44
in Xəbər

Putin prezident olmaq yox, biznes qurub xaricə köçmək istəyirmişYeltsin artıq Rusiyanı idarə edə bilmədiyini görüb yerinə namizəd axtaran vaxtlarda Putin özü heç prezident olmaq istəmirdi. O, dövlət işindən ayrılıb bizneslə məşğul olmağı, gələcəkdə də xaricə getməyi planlaşdırırmış.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Putinə yaxın şəxs kimi Kremldə baş verənlərin cikinə-bikinə bələd olan və maliyyə fırıldağında ittiham edildikdən sonra Rusiyadan qaçan Sergey Puqaçov belə deyir.

Rusiyalı milyarder, 52 yaşlı Puqaçov əvvəl Yeltsinin, sonra da Putinin təbliğat üzrə müşaviri olub. Özünün dediyinə görə, Rusiya hakimiyyəti tərəfindən qətlə yetirilmək təhlükəsi olduğundan neçə illərdir yaşadığı Britaniyanı tərk edib Fransaya gəlməli olub. Fransada o, Qərbin bir sıra media orqanlarına müsahibə verib. Müsahibələrində Putinin hakimiyyətə gəlişi ilə bağlı bilinməyən bəzi detalları açıqlayıb.

Puqaçov iddia edir ki, Putinin prezidentliyə namizədliyi fikrini ilk dəfə məhz o, irəli sürüb. Məqsədi də Yeltsinin güc strukturlarındakı sərt xətt tərəfdarları tərəfindən devrilmək təhlükəsini aradan qaldırmaq olub: “Yeltsin o vaxt artıq faktiki hakimiyyəti itirmişdi. Təhlükəsizlik orqanlarındakı adamlar prezidentin öz ətrafına yığdığı liberalları küncə qısnamışdılar. Putinin həmin vaxt Federal Təhlükəsizlik Xidmətinin rəhbəri olduğunu nəzərə alsaq, onun təyinatı potensial çevrilişdən müdafiə kimi görünürdü”.

Puqaçov Putini Rusiya liberallarının demokratik islahatçı kimi xatırladıqları Sobçakın yanında işlədiyi vaxtlardan tanıyıb. Dediyinə görə, Putin baş nazirliyə əla namizəd olub, çünki o, iki vacib elementi özündə birləşdirirdi. Bir tərəfdən, əvvəllər Sobçakın yanında işlədiyinə görə demokratik və liberal mənşəli sayıla bilərdi, digər tərəfdən FTX-də dayaqları vardı.

Sobçak özü Putinin Kremldə perspektivinə o qədər optimist yanaşmayıb. Puqaçovun deməsinə görə, Peterburqun sabiq meri ilə ölümündən az əvvəl – 2000-ci ilin fevralında görüşəndə Putini nəzərdə tutaraq Rusiyanın gələcək prezidenti ilə birgə işləyib-işləməyəcəyini soruşub.

Sobçak isə cavabında deyib: “Putinin prezident olması mümkün deyil. Bu, sadəcə bir zarafatdır”.

Puqaçovun sözlərinə görə, təkcə Sobçak yox, Putinin özü də prezidentliyinə skeptik yanaşırdı. O, sadəcə olaraq özünü prezident kimi təsəvvür etmirdi. Biznesə girişmək, sonra da xaricə köçmək istəyirdi.

Rusiyanın hüquq-mühafizə orqanları Puqaçovu təsisçisi olduğu, 2010-cu ildə müflisləşən “Mejprombank” vasitəsilə 1 milyard dolları mənimsəməkdə ittiham edərək onu İnterpola axtarışa veriblər.

Rusiyanın Əmanətlərin Sığortalanması Fondunun müraciəti əsasında London məhkəməsi Puqaçovun əmlaklarına həbs qoyub. Məhkəmə 2011-ci ildə Rusiyadan qaçandan bəri Londonda yaşayan Puqaçova ölkəni tərk etməməyi tapşırıb. Onun Rusiya və Fransa pasportlarını müsadirə edib. Buna baxmayaraq bu ilin əvvəllərində Britaniyadan Fransaya keçə bilib. Özünün dediyinə görə, bunu ailəsinin və özünün təhlükəsizliyi üçün və tam qanuni yolla edib.

Puqaçov iddia edir ki, Rusiya rəsmiləri onun 15 milyard dollarlıq biznes imperiyasını sümürüb axırına çıxıblar.

Putinlə şəxsi münasibətlərinə gəlincə isə Puqaçov deyir ki, bu, düşmənçilik münasibətləri deyil: “Mən dissident deyiləm, nə rejimin tənqidçisi, nə də siyasi müxalifətçiyəm. Rusiyada mənə qarşı edilənlərə baxıb Putinlə münasibətlərimizə özünüz qiymət verə bilərsiniz”.

Puqaçov deyir ki, sonuncu dəfə 2013-cü ildə Amsterdamda Putinlə üz-üzə gəlib və prezidentin bu qarşılaşmadan məmnun olduğunu görəndə çox təəccüblənib.

Puqaçov deyir Putin onunla açıq danışıb: “Putin mənə dedi: “Hə, eşitmişəm, orada nəsə baş verir. Bilmirəm, bunun arxasında kim durur. Sən mənə zəng elə, mən aydınlaşdıraram””.

Puqaçov bildirir ki, dostlarından eşitdiyinə görə, Putin həqiqətən onun xeyrinə nəsə etməyə çalışıb. Amma heç nə dəyişməyib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Apple” “İphone 7”-nin təqdimatına hazırlaşır

Next Post

Maşın cərimə meydançasına aparıldı, içindən pul oğurlandı

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

05 May 2024 - 21:28

Türkiyənin Kütahya şəhərinin Çavdarhisar rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Elchi.az  xəbər verir ki, bu...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Məhkəmə Anar Məmmədli barədə qərar verib

Məhkəmə Anar Məmmədli barədə qərar verib

30 Aprel 2024 - 18:40

Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar verib. Elchi.az  xəbər verir ki, Xətai Rayon...

Next Post

Maşın cərimə meydançasına aparıldı, içindən pul oğurlandı

İlham Əliyev: "Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.