Rusiya prezidenti Vladimir Putin bu ilin fevralında Almaniyanın Münhen şəhərində keçiriləcək təhlükəsizlik üzrə konfransa qatılmayacaq.
`İnterfax` xəbər verir ki, bu barədə Rusiya prezidentin mətbuat katibi Dmitriy Peskov bildirib.
Ümumilikdə konfransda Qərb ölkələrindən 20 prezident və ya hökumət başçısının, həmçinin 60-a yaxın XİN rəhbəri və ya müdafiə nazirini iştirak edəcəyi gözlənilir.




