Rusiya prezidenti Vladimir Putin noyabrın 1-də Moskvada iqtisadi məsələlərlə bağlı iclas keçirib. Rusiya lideri Qərb dövlətlərinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalar mövzusuna toxunub.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Putinin sözlərinə görə, Rusiyaya zərər vurmaq üçün Qərbin özü artıq bu sanksiyalara qarışıb və öz iqtisadiyyatına zərbə vurub. Eyni zamanda, Putin Qərbin sanksiyalar təzyiqinin hələ də artacağına hazır olmağa çağırıb.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan etmişdi ki, Rusiya sənayesinin qaz, neft və nüvə sektorları da daxil edilərsə, Budapeşt Aİ-nin 12-ci anti-Rusiya sanksiyalar paketini təsdiq etməyəcək.
Yeganə






