“Qlobal ərzaq və enerji bazarlarında çətin vəziyyət bu gün yaranmayıb”.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki bu fikirləri Rusiya prezidenti Vladimir Putin “Rusiya-Afrika” sammitinin plenar iclasında qeyd edib.
Koronavirus illərində Qərb ölkələrinin uzaqgörən siyasəti gübrələrin, resursların və taxılın qiymətlərinin artmasına səbəb oldu. Prezidentin sözlərinə görə, ABŞ və Avropa İttifaqı (Aİ) pul emissiyasının köməyi ilə bazarları dəyişdirdi.
“Onlar çox böyük həcmdə pul çap etdilər, dünya bazarlarından ərzaq aldılar. Nəticədə qiymətlər dərhal havaya qalxdı”, – deyə Putin bildirib.
Dövlət başçısı əlavə edib ki, Ukrayna hadisələri bu prosesləri müəyyən dərəcədə stimullaşdırıb. Amma böhranı Rusiya yox, Qərb törədib.
Hazırda dost olmayan ölkələr Afrikaya taxıl və gübrə verilməsinə mane olur və bunda Rusiyanı günahlandırırlar. Moskva isə əksinə, problemin həlli variantlarını təklif edir. Xatırladaq ki, bundan əvvəl, ölkə nümayəndələri qitənin altı dövlətinə yardım göstərildiyini bəyan etmişdilər. Rusiya yaxın 3-4 ay ərzində ehtiyacı olan dövlətlərə 25-50 min ton taxıl pulsuz verəcək.
Yeganə





