Qərbin formalaşdırdığı qloballaşma modeli öz faydalılığını aşıb və dərin böhran içindədir. Elchi az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Primakov oxunuşları beynəlxalq forumunun iştirakçılarına təbrikində bildirib.
Siyasətçinin sözlərinə görə, hazırda dünyada əksəriyyətin maraqlarına cavab verən daha ədalətli və demokratik beynəlxalq münasibətlər sistemi inkişaf edir.
“Dünyaya hökmranlıq etməyə öyrəşmiş tanınmış ölkələr qrupu zəifləyən təsirlərini saxlamaq üçün heç nədən əl çəkməyəcək”, – deyə prezident bildirib.
Putin qeyd edib ki, belə bir sabitliyi pozan xətt Ukraynada münaqişəyə və Yaxın Şərqdə vəziyyətin kəskinləşməsinə səbəb olub.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti videokonfrans vasitəsilə G20 sammitində çıxışı zamanı Ukraynadakı münaqişədən danışıb və mövcud vəziyyəti faciə adlandırıb. Putin münaqişəyə mümkün qədər tez son qoymağın yollarının tapılmasının vacibliyini xüsusilə vurğulayıb və qeyd edib ki, Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib.
Havar Şəfiyeva






