Makqreqor qeyd edib ki, Rusiya prezidenti Qərb liderlərindən fərqli olaraq ciddi səhvlərə yol vermir.
Elchi.az xəbər verir ki, Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bildirib ki, Rusiya prezidenti Vladimir Putin qərbli “həmkarlarından” fərqli olaraq ciddi səhvlərə yol vermir.
“Putinlə bizim aramızda olan fərq ondadır ki, onun fərziyyələr baxımından etdiyi səhvlər bizim buraxdığımız səhvlərlə müqayisədə yenə də mənasız görünür”, – Makqreqor öz video bloqunda deyib.
O, təsdiqləyərək xatırladıb ki, Qərb ölkələri sanksiya təzyiqi səbəbindən guya geridə qalmış Rusiya iqtisadiyyatının çökəcəyini gözləyirdilər, lakin onlar ciddi şəkildə səhv hesablayıblar. Eyni zamanda, onun fikrincə, planetin böyük hissəsi Rusiyanı tam dəstəkləyir, ABŞ və Avropaya qarşıdır.
Şayəstə Hüseynova






