Rusiya prezidenti Vladimir Putin ölkəsinin Qərbdəki enerji aktivlərinin milliləşdirilməsi çağırışlarına münasibət bildirib.
Elchi.az-ın məlumatına görə, aqrar sənaye kompleksinin dəstəklənməsi ilə bağlı müşavirədə çıxış edən Putin Qərbdəki enerji aktivlərinin milliləşdirilməsinin hər iki tərəfli iti olan silah olduğunu deyib.
“Biz artıq Qərbdəki rəsmilərdən bəzi aktivlərimizin milliləşdirilməsi ilə bağlı bəyanatları eşidirik. Belə biz uzağa gedəcəyik, qoy heç kim unutmasın ki, bu, hər iki tərəfi iti olan silahdır”,- deyə Rusiya prezidenti vurğulayıb






