Elchi.az xəbər verir ki, Prezidentin sözlərinə görə, 900-ə yaxın insan oradan təxliyə olunmaq üçün Rusiya Federasiyasına üz tutub.
MOSKVA, 22 noyabr. /TASS/. Qəzza zolağında vəziyyət çox ağırdır, 900-ə yaxın insan oradan təxliyə olunmaq üçün Rusiya Federasiyasına üz tutub, Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşündə bildirib.
“Mən [Fövqəladə Hallar Nazirliyinin rəhbəri] Aleksandr Vyaçeslavoviç Kurenkovdan rusların Qəzza zolağından çıxarılması və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində işlərin necə getdiyi barədə bizə məlumat verməsini xahiş edərdim. Orada vəziyyət çoxdan həddi aşıb. 639-u Rusiya vətəndaşı, 271-i isə onların qohumları olmaqla 900 nəfər oradan çıxarılması xahişi ilə bizə müraciət edib”, – deyə Putin bildirib.
Şayəstə Hüseynova





