
Rusiyanın Cənub Hərbi Dairəsinin kəşfiyyat bölmələrinin hərbi qulluqçuları Ermənistanın dağlıq ərazisində yerləşən Pəmbək hərbi tədris təlim kompleksində xüsusi taktiki təlimə başlayıblar.
ANS PRESS-in məlumatına görə, tədris tədbirlərinə 300-dən çox hərbi qulluqçu cəlb edilib. Təlimlər dəniz səviyyəsindən 2 min metrdən çox hündürlükdə yerləşən yüksək dağ rayonlarında keçirilir.
Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib ki, kəşfiyyatçılara müxtəlif təbii və iqlim şəraitində “sağ qalmaq”, yüksək dağlarda əl altında olan və təbii predmetlərdən istifadə ilə qida əldə etmək və s. öyrədilir.
Həmçinin, hərbi qulluqçular döyüş zamanı müəyyən hədləri keçmək üçün pusquların təşkili, gözətçi postlarına basqın, axtarışların aparılması üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Əsas diqqət maskalanmaya ayrılacaq, qapalı sahədə döyüş, yerdəyişmə, müasir radiotexnika komplekslərinin tətbiqi, rabitə və “Ox atan” kəşfiyyatı mexanizmi, GPS-naviqatorlar, topoqrafiya xəritəsində iş, eləcə də iqlimə uyğun hərəkətetmə metotları, döyüş atışları yerinə yetiriləcək.
Kəşfiyyatçıların dairə yarışlarında fərqlənən ən yaxşı hərbi qulluqçular bu ilin aprelində Şimali Osetiya-Alaniya Respublikasında dağlıq kəşfiyyat bölmələrinin tədris-təlim kompleksində hazırlıq keçəcəklər.



