"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putin Qarabağla bağlı hansı planı təqdim edir?

28 Oktyabr 2022 - 15:18
in SİYASƏT

Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlaması Moskvanın Xankəndidəki separatçılara dəstəyi kimi qəbul edilə bilər. Ki, bu sirr deyil, hərçənd, bölgədə Qərb-Rusiya qarşıdurması və Ermənistan hakimiyyətinin planı fonunda Kremlin daha çox “dağıdıcı” gediş etdiyini deyə bilərik.
Qarabağ üzərində Azərbaycanın suverenliyinin qəbul edildiyi “Vaşinqton sənədi” haqda Putin ermənilərə iki seçim verir:

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

  • Erməni xalqı bunu qəbul edərsə, seçimlərini dəstəkləyəcək;
  • Əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, “Qarabağın özünəməxsus xüsusiyyətləri var, bu xüsusiyyətlər nəzərə alınmalı və sülh müqaviləsində müzakirə edilməlidir”, bu mümkündür.
    Putin bununla ermənilərə “Qarabağı istəyirsinizsə, Vaşinqton yox, Moskva sənədini seçməlisiniz” mesajını çatdırır, lakin fikrinin davamı olaraq “təbii ki, biz Azərbaycanla danışıqlar aparmalıyıq, bu razılaşmalar Azərbaycan üçün məqbul olmalıdır, açıq desək, bu, çox çətin məsələdir” deyə qeyd edir. Bununla:
  • Erməni xalqına “Paşinyan Qarabağdan imtina edir”, “Qarabağın xilası” imkanının Rusiyada olduğu mesajını verir;
  • Erməni ictimai rəyi üzərindən Paşinyana təzyiqin edilməsinə nail olmaq və sülh sazişinin imzalanmasında Qərbin vasitəçilik planını pozmaq istəyir;
  • Lakin “Qarabağın xilası” üçün vəd vermir, Moskvanın Bakı ilə danışıqlarda bu məsələnin “müzakirəsini təşkil edə biləcəyini” deyir.
    Məqsədin Rusiyanın təşəbbüsü yenidən ələ alması olduğu aydındır və bunun mümkün Soçi görüşündən öncə açıqlanması da erməni ictimai rəyini formalaşdırmaq məqsədi daşıyır, hərçənd, “Vaşinqton sənədi” fonunda Putinin fikirləri fərqli kontekstdə də diqqət çəkir.
    “Vaşinqton sənədi” Qarabağda Azərbaycanın suverenliyini tam tanıyır, lakin kommunikasiyanın açılması (Zəngəzur dəhlizi) və sərhədin delimitasiyası məsələsində Ermənistanın maraqlarına uyğundur.
    Nikol Paşinyanın planı belədir ki, kommunikasiya və delimitasiyada istəyinə nail olmaq üçün sənədlə Qarabağdan imtina edir, lakin:
  • problemi “hüquqi münaqişə” olaraq saxlamaq istəyir: erməni əhalisinin “hüquq və təhlükəsizliyinin qorunması” adı altında “müqəddəratını təyin etmə” iddiası qalır;
  • separatçıların taleyi ilə bağlı yekun nəticənin – müsbət, yaxud mənfi – məsuliyyətini Moskvanın üzərinə yükləyir.
    Bu, həm Bakı və Ankara ilə üz-üzə qalmaq, həm də bölgədə uzunmüddətli mövcudluğunu saxlamaq imkanının zəifləməsi baxımından Moskvanın maraqlarına uyğun deyil. Bu baxımdan, Putinin “Vaşinqton sənədi” və ermənilərə seçim verməsi daha çox Paşinyanın – Qərbin planına qarşı “dağıdıcı” gediş etməkdir.
    Asif Nərimanlı
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əsədovdan Zəngəzur mesajı: söhbət 40 km-lik ərazidən gedir…

Next Post

İlham Əliyev sərəncam imzaladı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Gəncədə terror qurbanlarının anım tədbiri keçirildi

İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev onu vəzifədən AZAD ETDİ – SƏRƏNCAM + FOTO

Prezident Rauf Abdullayevi təltif etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.