Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələrə vəziyyəti gərginləşdirməməyi və məhdudiyyətlər qoymamağı məsləhət görüb.
Elchi.az-ın xəbərinə görə, Putin Rusiyanın üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini, bundan sonra da yerinə yetirəcəyini qeyd edib.
“Mən də onlara (qonşu ölkələrə – red.) vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı məsləhət görərdim. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və bundan sonra da yerinə yetirəcəyik. Vəziyyəti gərginləşdirməyə, münasibətlərimizi pisləşdirməyə ehtiyac görmürük”, – “Marşal Rokossovski” gəmisində Rusiya Federasiyasının bayrağının qaldırılması mərasimində deyib.






