“Rusiya Ay proqramını bərpa edəcək. Söhbət “Luna-25” avtomatik aparatının işə salınmasından gedir”.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Amur vilayətində yerləşən “Vostoçnıy” kosmodromuna səfəri zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya peyk qruplaşmalarının kəmiyyət və keyfiyyət potensialı əhəmiyyətli dərəcədə genişlənəcək.
Putin deyib ki, Rusiya xaricdən gələn təzyiqlərə baxmayaraq, kosmik sahədə bütün planlarını ardıcıl və israrla həyata keçirəcək.
Rusiya Hava Kosmik Qüvvələrinin Ukraynada əməliyyat zamanı cəsarətli, bacarıqlı, operativ və effektiv fəaliyyətini vurğulayan Putin Belarusla birgə kosmos sahəsində infrastruktur formalaşdıracaqlarını qeyd edib.
Rusiya lideri “Roskosmos”dan Belarus nümayəndəsinin kosmosa hazırlıq və uçuşunu təmin etməyi də xahiş edib.






