Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Si Tszinpinlə görüşündə Rusiya Federasiyası və Çinin hərəkətlərinin ədalətli dünya nizamı formalaşdırdığını bildirib.
“Rusiya və Çinin beynəlxalq arenada koordinasiyası ədalətli dünya nizamının yaradılmasına xidmət edir, iki ölkə hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı davam etdirəcək”, – dövlət başçısı bildirib.
Çinli siyasətçi həmçinin “ölkələrimizin xeyrinə və bütün dünyada sabitliyin maraqları naminə” Rusiya ilə strateji əməkdaşlıq qurmağa hazır olduğunu açıqlayıb.
Şayəstə




