Bu sözləri rusiyalı tarixçi, filosof Andrey Zubov deyib.
“Rusiya Prezidenti Vladimir Putin rejiminin devrilməsi bu il mümkündür. Mən hesab edirəm ki, böhranın ciddi mərhələsi yazda başlana bilər. Putin Rusiyanı yordu. Heç kim bilmir, necə olacaq.
Ukrayna inqilabı qalib gəldi, indi dirçəliş prosesi başlayıb. Leninin abidələri devrildi, bir ölkə öz müstəqilliyi üçün vuruşur. Bütün ictimai-mədəni həyatı dəyişdirmək üçün isə vaxt lazımdır” (axar.az).




