Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Məlumatda bildirilir ki, tərəflər ticarət əlaqələrinin qurulması, investisiya, enerji və logistika layihələrinin həyata keçirilməsini müzakirə ediblər.
“Dünya enerji bazarında sabitliyin təmin edilməsi mövzusu hərtərəfli nəzərdən keçirilib”, -deyə mətbuat xidmətindən qeyd edilib.
Yeganə





