Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpini 2023-cü ilin yazında Moskvaya səfərə dəvət edib. O, bu barədə onlayn danışıqlarda bildirib.
– Geosiyasi gərginlik şəraitində Rusiya-Çin münasibətlərinin sabitləşdirici amil kimi əhəmiyyəti artır. Bu əlaqələr ən yaxşısıdır. 21-ci əsrdə güclü dövlətlərin əməkdaşlığının nümunəsi. Biz dəfələrlə telefonla danışmışıq, digər səviyyələrdə fəal şəkildə əlaqələr qurulur. Cənab Sədr, biz sizi gələn ilin yazında Moskvaya dövlət səfəri ilə gözləyirik, deyə Rusiya lideri bildirib.
Şayəstə




