"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putin təqaüdçülərin pulundan kəsib, silahlanmaya xərcləyir

02 Oktyabr 2014 - 15:25
in Banner, GÜNDƏM
Amerika Birləşmiş Ştatları və Rusiya yenidən “soyuq müharibə” dövrünə qayıdır. Artıq dünya Rusiyanın hərbi1366637259_8914fəaliyyəti haqqında düşünmək zorundadır. ABŞ və Avropa Birliyinin silahlanma yarışına yenidən baş vurmasına ehtiyac yoxdur. Lakin Putin Rusiyanı yenidən silahlandırmaq  üçün başladığı işləri də cavabsız qoymaq olmaz.
Qərb mediası bildirir ki, bu məsələlərə xüsusi diqqət ayırmaq gərəkir və daha çevik siyasi gedişlərə ehtiyac var. Moskva və Qərb arasında yeni bir silahlanma yarışı başlayıbmı?
“The Daily Beast”in jurnalisti və hərbi ekspert Bill Svitmen dərc edilmiş məqaləsində yazır: “ABŞ və Rusiya yenidən “soyuq müharibə” üçün hazırlıqlara başlayıb. Yenidən silahlanma gündəmdədir”.
Sentyabrın 17-də Rusiya qırıcılarından olan uzunmənzilli MiG-31 Foxhound Alyaska sahilindən 55 dəniz mili məsafəsindəki bir nöqtədə iki Tu-95MS strateji bombardımançını müşayiət edib. Ancaq onlar uzaqmənzilli, gözəgörünməz döyüş təyyarəsi F-22 “Raptor” (Lockheed Martin tərəfindən istehsal olunub) qarşılaşanda, əks istiqamətə çevrilməli oldular.
Bir sözlə, Rusiya uzunmənzilli aviasiya əməliyyatları ilə nüvə hücumunun məşqini həyata keçirdi və bu məşq xarakterli hücum dünya miqyasında nəzərdə tutulmuşdu, ancaq qarşısı alındı.
Rusiya МиГ-31БМ qırıcı təyyarəsini təkmilləşdirməyə qərar verib. Bu təyyarə hələ “soyuq müharibə” dövründə hərbçilərin istifadəsində idi və onların 2029-ci ilə qədər uçması nəzərdə tutulub. Həmçinin hərbçilərin ixtiyarına təkmilləşdirilmiş strateji bombardmançı Tu-95MSM-lər verilməkdədir.
Jurnalist izahat verərək yazır: “Bu silahlardan birgə istifadə təcavüzkar tərəfə yeni taktiki imkanlar verir. O cümlədən kəşfiyyat-zərbə kompleksi olan MiG-lərin ortada olması müdafiə olunan tərəfin qarşısında yeni vəzifələr qoyur”.
“Ancaq bu kimi planları maliyyələşdirmək o qədər də asan deyil, siyasi baxımdan da bunu əsaslandırmaq gərəkir.  Bu istiqamətdə fəaliyyətdə olmuş bir çox müəssisələr demək olar ki, sıradan çıxıb. Mütəxəssislər bu kimi araşdırmalardan uzaqlaşdırılıb. Bütün bunları yenidən biraraya gətirmək asan olmayacaq”, – deyə jurnalist yazır.
“Putini necə durdurmalı” yazısında isə bildirilir ki, Rusiyanın hərbi qüdrətinin gücləndiyi bir vaxta hərəkətə keçmək gərəkir. “Bloomberg View”un hazırladığı yazıda vurğulanır ki, Putin hərbi gücü hesabına Rusiyanın Avropada dominant mövqelərini qoruyub, saxlamağa çalışır.
“Əlbəttə, Rusiya suveren ölkə kimi öz ordusunu təkmilləşdirmək haqqına sahibdir. Ancaq bu da faktdır ki, Rusiya bu sahəyə büdcənin imkanlarından kənara çıxaraq, vəsait ayırır. Bu vəsaitin çoxu təqaüdçülərlə bağlı fondlardan götürülür. Ən pisi isə odur ki, Rusiya hərbi gücündən başqa əraziləri özünə ilhaq etmək üçün istifadə edir. Qonşu ölkələrdə qeyri-stabilliyin yaranmasına təkan verir. Ona görə də, dünya bu çağırışları qulaqardına vura bilməz”, – təhlil yazısında belə deyilir.
“Rusiya faktiki olaraq, Ukraynanın başına silah dirəyərək, bu ölkənin Qərblə münasibətlərini öz xeyrinə dəyişmək istəyir. Ona görə də, Qərbin tətbiq etdiyi sanksiyalar bundan sonra da qüvvədə qalmalıdır. Putin iqtisadi və hərbi sahələrdə qonşularına hücumlardan imtina edənə qədər bu, davam etməlidir. Heç bir ölkə, başqa bir suveren ölkəyə nəyi necə etməyi diqtə etmək haqqına sahib deyil”.
Elbəyi Həsənli, 
Sürix 

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Maşın nömrəsini 810 min dollara aldı – Foto

Next Post

Elmar Məmmədyarov Avropa Şurasının baş katibi ilə görüşüb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Elmar Məmmədyarov Avropa Şurasının baş katibi ilə görüşüb

Avropa Şurasından Ermənistana növbəti zərbə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.