"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putin tərəfdaşlarını çətin vəziyyətə salıb

30 Sentyabr 2022 - 13:08
in DÜNYA

“Kremlin Ukraynanı parçalaması Rusiyaya tərəfdaş ölkələri mürəkkəb vəziyyətə sürükləyib. Belarus Rusiyanın strateji müttəfiqi olsa da, bu ölkənin prezidenti Aleksandr Lukaşenko Kreml sahibi Vladimir Putinin planlarından daxilən narazıdır, sadəcə bunu açıq şəkildə söyləyə bilmir. Rusiyanın digər tərəfdaşı Qazaxıstan aşkar şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Kremlin işğal altındakı ərazilərdə “saxta referendumun” nəticələrini tanımayacaq. Qazaxıstan bundan başqa Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşır”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında qeyd edib:

“Hindistan və Çin üçün də ərazi bütövlüyü prinsipi vacibdir. Əgər Dehli və Pekin hansısa dövlətin ərazisinin parçalanmasına dəstək versələr, öz prinsiplərindən geri addım atmış olacaqlar. Ona görə də Dehli və Pekin Kremlin tərəfdaşları olsalar da, Ukraynanın parçalanmasına dəstək verə bilməzlər. Çinin vəziyyəti daha ağırdır. ABŞ-ın sanksiyaları ilə hədələnən və Tayvanla bağlı Vaşinqtonla gərgin münasibətlərdə olan Pekin Kremllə strateji tərəfdaşlığa üstünlük verib. Ancaq bu tərəfdaşlıq Çinin ərazi bütövlüyü prinsipinə baxışına kölgə salıb.
Çinin xarici işlər naziri Vang Yi BMT Baş Assambleyasındakı çıxışında etiraf edib ki, Rusiya-Ukrayna müharibəsinin bölgəyə neqativ təsirləri artıb. Çinli nazir “neqativ təsirlər” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasa da, Vang Yinin Ukraynadakı müharibənin başqa bölgələrə də keçə biləcəyinə işarə edib. Çinin xarici işlər naziri Pekinin Avropa İttifaqının Rusiya ilə Ukrayna arasında dialoq təklifini dəstəklədiyi bildirib. Vang Yinin Avropa İttifaqının adını çəkməsi təsadüfi deyil. Bununla Pekin Kremlə mesaj göndərib ki, Vaşinqtonla münasibətləri gərgin olsa da, Avropadan üz döndərməyəcək və Avropa dövlətləri ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək. Ümumiyyətlə Pekin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını və iki ölkə arasında dialoqa başlanılmasını dəstəkləyir. Ankara da eyni mövqedən çıxış edir. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “referendumun” qırmızı aşılması kimi qiymətləndirib. Ancaq Kreml sahibi dostlarının xahişlərini eşitməyib.
Bu arada, Çin lideri Si Sinpin ordunu gücləndirməyə qərar verib. Si Sinpin son çıxışlarının birində ordu komandanlığına hərbi qarşıdurmaya hazır olmalarının vacibliyini vurğulayıb. Si Sinpin müharibənin konkret istiqamətini göstərməsə də, söhbətin Tayvandan getdiyi aydındır. Çin ordusunun Tayvan ətrafında təlimləri artıb. Rusiya-Ukrayna müharibəsi davam edərkən Çin-Tayvan müharibəsi beynəlxalq aləmdə daha böyük gərginlik yaradacaq. Bunu Pekində də anlayırlar, ancaq Tayvan adasını ələ keçirmək planlarından da imtina etmirlər”.

Yeganə


Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda polisə tabe olmayan sürücünün maşınına atəş açıldı

Next Post

İlham Əliyev Rumen Radevlə təkbətək görüşdü

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
İlham Əliyev Rumen Radevlə təkbətək görüşdü

İlham Əliyev Rumen Radevlə təkbətək görüşdü

Rus ordusu Limandan belə qaçır – Şok video

Rus ordusu Limandan belə qaçır – Şok video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.