Rusiya bütün prinsiplərini nəzərə alaraq və həyata keçirərək taxıl sazişinə qayıtmaq imkanlarını nəzərdən keçirəcək. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.
Rusiya lideri diqqəti Moskvanın taxıl sövdələşməsinə, xüsusən də qlobal ərzaq bazarı üçün əhəmiyyətini nəzərə alaraq ona qarşı çıxmamasına yönəldib.
Söhbət Rusiya taxıl tədarükünün sanksiya məhdudiyyətlərindən çıxarılmasından, bu cür tədarüklərə xidmət göstərən Rusiya bankları və maliyyə institutları üçün maneələrin aradan qaldırılmasından, habelə Rusiya Federasiyasına kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələrinin tədarükünün bərpasından və maneələrin aradan qaldırılmasından gedir. Tərəflər Moskvadan gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması müqabilində Kiyevə kənd təsərrüfatı məhsullarının başqa ölkələrə təhlükəsiz ixracına zəmanət veriblər.
Havar Şəfiyeva





