Rusiya lideri Vladimir Putinin Türkiyəyə rəsmi səfəri nəzərdə tutulur, lakin hazırda bu səfərin dəqiq tarixi məlum deyil. Elchi.az xəbər verir ki, bunu TASS-a Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Uşakov bundan əvvəl deyib ki, Afrika ölkələrinin Sankt-Peterburqda keçirilən forum və sammitdə iştirakı onların Rusiya ilə əlaqələri gücləndirmək istədiklərinin sübutudur. Putinin köməkçisinin sözlərinə görə, iyulun 27-28-də keçiriləcək Rusiya-Afrika sammitində 54 ölkədən 49-u iştirakını təsdiqləyib. Onların yarıdan çoxu birinci və ikinci şəxslər səviyyəsində təqdim olunacaq. Uşakov həmçinin bildirib ki, sammitdə Afrikanın aparıcı regional təşkilatlarının sözün əsl mənasında bütün liderləri iştirak edəcək.
Havar Şəfiyeva





